Air China” aviaşirkəti Yunanıstana uçuşları dayandırıb

Çin Xalq Respublikası ölkədə yayılan koronavirusun qarşısını almaq üçün tədbirləri davam etdirir.

SİA xəbər verir ki, bu ölkənin “Air China” aviaşirkəti fevralın 17-dən martın 18-dək Yunanıstana uçuşları dayandırmağı qərara alıb. Əsas səbəb isə ictimai təhlükəsizlik göstərilir.

İndiyədək “Air China” Yunanıstana uçuşları həftədə üç dəfə həyata keçirirdi. Yunanıstanda xəstəliyə yoluxanlar olmasalar da, Səhiyyə Nazirliyi təhlükənin aradan qaldırılmasına tam hazırdır.

Qeyd edək ki, hazırda dünyada bu virusa yoluxanların sayı 40 min nəfəri keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...