Əlavə mənbələr tapılmasa, İngiltərənin Liviya və Əfqanıstanda apardıqları əməliyyatların davam etdirilməsi çətin olacaq. SİA-nın "Guardian"a istinadən verdiyi məlumata görə, bu barədə İngiltərə Hava Qüvvələri komandiri marşal Stefen Dalton açıqlama verib. Marşal Dalton iki cəphədə döyüşən ordunun büdcəsində kəsintilərin olması ilə bağlı yayılan xəbərləri təsdiq edib.
"Guardian"a danışan Dalton mövcud əməliyyatların büdcəni boşaltdığını ifadə edib. Liviyadakı əməliyyatların ən az altı ay davam edəcəyinin gözlənildiyini dilə gətirən marşal Dalton Hava Qüvvələrin büdcəsinin əsaslı şəkildə artırılmasının vacib olduğunu vurğulayıb. O, əks halda əməliyyatların indiki sürətlə davam etdirilə bilməyəcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB