İdlibdən köç başlayıb

Yüz minlərlə sakin Suriya ordusuna görə İdlibdən qaçır. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberg, Suriya ordusunun İdlib əyalətindəki dəstələrin mövqelərinə hücum etməsini, yüz minlərlə mülki şəxsin əyaləti tərk etməyə məcbur etdiyini söyləyib.

Stoltenberg insanların öldüyünü vurğulayıb və qeyd edib ki, NATO "mülki hədəflərə hücumları" görür.

"Rusiya tərəfindən dəstəklənən Suriya rejimini bu hücumları dayandırmağa çağırırıq", deyə NATO-nun baş katibi bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə