Şimali Koreyanı "terrora dəstək verən ölkə" olaraq qəbul etməyi nəzərdə tutan düzəliş ABŞ Konqresi Nümayəndələr Palatasında müzakirə olunmağa başlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2008-ci ildə ABŞ-ın "terrora dəstək verən ölkələr" siyahısından çıxmağa nail olan Şimali Koreya yenidən eyni mövzu ilə Nümayəndələr Palatasının gündəmindədir.
Florida ştatından olan senator İlina Ros Letinenin Nümayəndələr Palatasının gündəminə gətirdiyi düzəlişin qəbuluna Respublikaçılar və Demokrat partiyalarının maneə olmayacağı bildirilir. 2008-ci ildən sonra hər il gündəmə gələn düzəliş indiyə qədər qəbul olunmayıb. 2010-cu ilin əvvəlində Cənubi Koreyaya məxsus gəminin batması və həmin ilin noyabr ayında Şimali Koreya ordusunun Cənubi Koreyanın Yeonpyeong adasına top atəşi açmasından sonra düzəlişin qəbulu üçün yol açılıb.
Senatorlar hesab edir ki, düzəlişin qəbuluna dəstək verən başqa bir məqam Şimali Koreyanın "Həmas"a və Liviyaya silah satışıdır. Ekspertlər isə hesab edir ki, düzəslişin Nümayəndələr Palatasından keçərək Senata gəlməsi Şimali Koreyanın keçirəcəyi bəzi "mini islahatların" yolunu bağlaya bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB