Növbəti zəlzələ 7 bal gücündə olub

Növbəti zəlzələ 7 bal gücündə olub

Bu dəfə 7.0 bal gücündə zəlzələ Iturup adasının yaxınlığında baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Meteoroloji Administrasiyasından məlumat verilib.
Məlumata görə, zəlzələnin ocağı 160 kilometr dərinlikdə, episentri isə İturup adasının yaxınlığında yerləşir.
Qeyd olunur ki, təkan Yaponiyanın şimal və mərkəzi hissələrində, o cümlədən Hokkaydo, Fukusima və paytaxt bölgəsinin 15 prefekturasının sakinləri tərəfindən hiss olunub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi də açıqlanmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə