Daha bir partlayış

Növbəti partlayış Amsterdamda baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

İlkin məlumatlara görə, bir nəfər xəsarət alıb.

Xatırladırıq ki, bundan əvvəl Hollandiyadakı poçt şöbələrində iki partlayış baş vermişdi. Məlumat verilirdi ki, bomba qutularının və məktubların olduğu daxilində yerləşdirilibmiş.

Qeyd edək ki, bu, son iki gündə üçüncü partlayışdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə