Çində virusa yoluxanların sayı 45 minə çatıb

Çində virusa yoluxanların sayı 45 minə çatıb

Çindә yeni növ koronavirus epidemiyası sәbәbindәn hәlak olanların sayı 1114 nәfәrә çatıb. SİA xəbər verir ki, bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib.

Mәlumatda qeyd olunub ki, virusa yoluxanların sayı 44 min 653 nәfәrә çatıb. Bunlardan 8 min 204-nün vәziyyәti kritiktir. Mәlumatda hәmçinin bildirilib ki, müalicә olunanların sayı 632-dir.

Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 97 nәfәrә çatıb, daha 16 min nәfәr koronavirus şübhәsi ilә xәstәxanaya yerlәşdirilib. Belәliklә koronavirus epidemiyası sәbәbindәn xәstәxanaya müraciәt edәnlәrin sayı 185 min 37 nǝfǝrǝ yüksәlib.

Yeni növ koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuhan şәhәrindә yayılmağa başlamışdı.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə