İndoneziyanın Cava əyalətindəki Merapi vulkanında partlayış baş verib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Tempo qəzetinin verdiyi məlumata görə, Merapi vulkanının püskürməsi yerli vaxtla 05:16-da baş verib və partlayış 150 saniyə davam edib.
Səlahiyyətlilər vulkan pükürməsindən sonra 2 min metr yüksəklikdə qatı duman qatının yarandığını bildiribıər.
Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi turistlərə və yerli sakinlərə vulkan ətrafı ərazilərdə işləməmələri barədə xəbərdarlıq edib.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB