BP-nin yeni icra başçısı Bernard Luniy iqlim dəyişikliyinin qarşısını almaq üçün yeni sistəmdə çalışacaqlarını açıqlayıb. SİA xəbər verir ki, neft şirkətinin rəhbəri "dəyişmək istəyirik" şüarı altında qlobal enerji sistemi çərçivəsində fəaliyyət göztərəcəklərini bəyan edib.
Belə ki, bu layihəyə görə, şirkət neft hasilatı zamanı karbonu maksimum dərəcədə azaltmaq və iqlim dəyişikliyi problemini az da olsa həll etməyi hədəfləyir.
Bernard Luniy yaxın 30 il ərzində karbon qazının 50 faiz azaldılacağını, 2050-ci ildə isə ümumiyyətlə bu dəyərin sıfıra endiriləcəyini qeyd edib.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB