ABŞ-da neft emalı zavodu yanır

ABŞ-da Exxon Mobil neft emalı zavodu alovlanır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb.

Məlumata görə, ABŞ-ın Luiziana ştatında dünyanın ən böyük neft şirkətlərindən biri olan Exxon Mobil-in fabriki yanıb.

Yayımlanan kadrlar alovun binadan çıxdığını göstərir. Yanğın zavodun yerləşdiyi Baton Rouqe şəhərində baş verib. Heç kim zərər görməyib.

Vəziyyətlər araşdırılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə