Ekspert Ərdoğanın İdliblə bağlı açıqlamalarını şərh etdi

Türkiyə prezidenti Rəcəb Ərdoğanın Ankaranın de-eskalasiya zonasından kənarda Suriya qoşunlarına hücum etmək niyyəti blefdir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu RİA Novosti-yə verdiyi açıqlamada Rusiya Zabitləri Rəyasət Heyətinin Sədri, Rusiyanın Qəhrəmanı general-mayor Sergey Lipov deyib.

"Ərdoğan sadəcə qarışıqlıq edir. Rusiya aviasiya və raketdən müdafiə sistemləri tərəfindən dəstəklənən Suriya ordusuna qarşı türklərin şansı yoxdur. İdlib Suriyanın ərazisidir. Suriyanın hərbi zərbələr də daxil olmaqla bütün lazımi vasitələrdən istifadə edərək öz ərazilərində nizam-intizam saxlamaq hüququ var. Bu vəziyyətdə beynəlxalq qanun Bəşər Əsədin tərəfindədir. Buraya Moskva və İranın dəstəyini əlavə etdikdə görürük ki, NATO Türkiyəyə, Ərdoğana kömək etməyəcək", deyə Sergey Lipov RİA Novostiyə açıqlama verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə