Ərdoğan 14 türk əsgərlərinin öldüyünü, 45-nin yaralandığını açıqlayıb

Ərdoğan 14 türk əsgərlərinin öldüyünü, 45-nin yaralandığını açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlərdə Suriyanın İdlib bölgəsində 14 türk əsgərlərinin öldüyünü, 45-nin yaralandığını açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən Ərdoğanın sözlərinə görə, bölgədəki vəziyyətə görə məsuliyyət eyni zamanda "rejim qüvvələri"nin də üzərinə düşür.

"Biz İdlibdə müşahidə məntəqələrində və ya başqa yerlərdə əsgərlərimizə ziyan dəysə, Soçi memorandumu ilə məhdudlaşmayaraq rejim qüvvələrinə zərbələr endirəcəyik"-deyə, Ərdoğan fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə