Qaz borusunda yanğın baş verib

Gürcüstanda Rustavi-Lilo avtomobil yolunda qaz xətti borusu zədələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qaçiani kəndi yaxınlığında baş verən hadisə nəticəsində yanğın baş verib.

Qəza yerinə yanğınsöndürənlər cəlb olunub. Borunun qazdoldurma məntəqələrindən birinə məxsus olduğu bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb. Yolda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə