Ərdoğan: “Əsgərlərimizə zərrə qədər zərər verildiyi halda rejim güclərini hər yerdə vuracağımızı elan edirəm” -AÇIQLAMA

Ərdoğan: “Əsgərlərimizə zərrə qədər zərər verildiyi halda rejim güclərini hər yerdə vuracağımızı elan edirəm” -AÇIQLAMA

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısını keçirilib. SİA-nın məlumatına görə, Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan toplantıda çıxışı zamanı "Bu gündən etibarən müşahidə nöqtələrindəki və ya digər yerlərdəki əsgərlərimizə zərrə qədər ziyan dəyərsə İdliblə və Soçi razılaşmasına bağlı qalmadan rejim güclərini hər yerdə vuracağımızı buradan bəyan edirəm." deyib. R.T.Ərdoğan, "Bu gün Suriyada aparmaqdan imtina edəcəyimiz mübarizəni, sabah öz torpaqlarımızda aparacağımızı dərk edərək bütün gücümüzdən istifadə edəcəyik." - deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə