Poçt bağlamasında olan bomba partladı

Poçt bağlamasında olan bomba partladı

Amsterdamdakı bir poçt şirkətinin ofisində partlayış baş verib. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata əsasən, hadisə yerli vaxtla səhər saat 8-də baş verib. Polisin bildirdiyinə görə isə, bağlamaların birində bomba gizlədilib.

Xoşbəxtlikdən, heç kim zərər görməyib.

Bunun ardınca Amsterdamdakı poçt şirkətində ikinci partlayış da olub. Yenə də zərərçəkən olmayıb.
Hadisənin təfərrüatları araşdırılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə