İmpiçment proseduru çərçivəsində ABŞ Prezidenti Donald Trampa qarşı ifadə verən Ağ Evin əməkdaşlarının bir hissəsi ixtisar ediləcək və ya başqa işə köçürüləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verərkən bildirib.
"Əlbəttə, mütləq" Tramp deyib. Tramp bundan əvvəl eyni səbəblərə görə işdən çıxarılan podpolkovnik Aleksandr Vildmanın işindən də narazı olduğunu etiraf edib. “O düzgün olmayan məlumatlar verdi. Onu tamamilə fərqli bir yerə göndərdik və indi hərbçilər istədikləri kimi onunla davrana bilər. İndi general (Mark) Milliyə (ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədri) tabedir, mən general Millini bu münasibətlə təbrik edirəm"-deyə,Tramp fikirlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB