Braziliyanın San-Paulu əyalətində güclü yağan yağış sel və daşqınlara səbəb olub
Braziliyanın cənub-şərqində yerləşən San-Paulu əyalətində güclü yağan yağış sel və daşqınlara səbəb olub.
SİA xəbər verir ki, Regional Yanğından Mühafizə İdarəsinin "Twitter" səhifəsində qeyd edilib ki, güclü sel nəticəsində 4 nəfər ölüb. Juliu-Meskita və Botukatu bələdiyyələrinin ərazisində 2 nəfər ölüb. Kapivara çayının yaxınlığında isə 2 qadının cəsədi tapılıb.
Qeyd edilib ki, 100-dən çox insanın məskunlaşdığı evlərin tavanı uçub. 500-dən çox insan təxliyə edilib. Hazırda daşqından ən çox ziyan görən şəhərlərdən biri olan Ozaskada xilasetmə işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB