Venesuela polisi Quaydonu hava limanında qarşılamağa gedən parlament üzvlərini saxlayıb

Venesuela polisi Quaydonu hava limanında qarşılamağa gedən parlament üzvlərini saxlayıb

Venesuela hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifət lideri Juan Guaydonu paytaxtdakı Mayketiya Hava limanında qarşılamağa gedən parlament üzvlərinin avtobuslarını saxlayıb.

SİA xəbər verir ki, bu barədə parlament üzvləri çərşənbə axşamı “Twitter” hesabında bildiriblər.

Qeyd edilib ki, nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmədikdə deputatlar hava limanına piyada getməyi qərara alıblar.

Qeyd edək ki, bundan əvvəl Venesuela müxalifəti liderinin mətbuat xidməti Guaydonun ölkəyə gəlişinin yaxın saatlarda gözlənildiyini bildirmişdi.

O, son “Twitter” hesabında yazıb ki, "Venesuela, biz artıq Karakasdayıq".

Xatırladaq ki, ölkə müxalifətinin lideri Guaydo antiterror sammitində iştirak etmək üçün yanvarın 19-da Kolumbiya gedib. Bundan sonra o, Avropanın bir neçə ölkəsində, habelə Kanada və ABŞ-da olub. Bu günədək Ali Məhkəmənin çıxardığı məlum qərardan sonra ölkəsinə qayıda bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə