Terrorçular dinc əhaliyə hücum etdi Hər yer qan içində

Terrorçular dinc əhaliyə hücum etdi Hər yer qan içində

Suriyada indi hökumət qoşunları hər tərəfdən terrorçularla mübarizə aparmaq məcburiyyətində qalıb. SİA RenTv-yə istinadən xəbər verir ki, yaraqlılar Hələb yaxınlığında atəşkəsı pozaraq əhaliyə atəş açıblar və mülki vətəndaşlar arasında çoxlu sayda ölənlər var.

İnsanlar öz evlərində əldə düzəldilən raketlərdən gizləndilər. Ancaq ev bunker deyil və pəncərələrdən daxil olan mərmilər partlayaraq onların ölümünə yaralanmasına səbəb olur. Hər yer, hətta küçələr belə qan içindədir.

Hər gecə terrorçular müxtəlif döyüş sursatlarından istifadə edirlər. Bugünkü raketlər metal toplarla doldurulmuşdu.
Xatırladırıq ki, ümumilikdə, son sutka ərzində İdlib deeskalasiya zonasında 20 atəşkəs pozuntusu qeydə alınıb. Terrorçular minaatanlardan və raket buraxılış qurğularından istifadə etməkdə davam edirlər. Təslim olmaq, silahı yerə qoymaq, mülki əhaliyə qarşı mənasız müharibəni dayandırmaq təklifinə yaraqlılar məhəl qoymur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə