Partlayış nəticəsində dörd nəfər ölüb

Partlayış nəticəsində dörd nəfər ölüb

Pakistanda bir fabrikdə partlayış baş verib, və partlayış səbəbindən dörd nəfər həyatını itirib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Radio Pakistan məlumat yayıb.

Məlumata görə, Pakistanda Faisalabadda bir fabrikdə buxar qazanı partlayıb. Qeyd olunur ki, partlayış nəticəsində dam çöküb, dörd nəfər ölüb və digər 12 nəfər yaralanıb.

Qəzanın təfərrüatları dəqiqləşdirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə