Putin və Ərdoğan Suriyanın İdlib şəhərindəki vəziyyətlə bağlı danışıqlar aparacaqlar. SİA NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.
Açıqlamaya görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin Suriyanın İdlib şəhərindəki vəziyyətlə bağlı telefon danışıqları aparacaqlar.
"Suriyadakı atəşkəsin təminatçıları - Rusiya və İran rejimin hücumlarını dayandırmalıdırlar", deyə Çavuşoğlu bəyan edib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB