Bağdadda İraqın Ər-Rəşid televiziya kanalının rəhbəri güllələnib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "Bağdad əl-Yaum" informasiya portalı məlumat yayıb.
Məlumatda göstərildiyi kimi, Nizar Tanun Bağdadın qərbindəki evini tərk etdiyi zaman motosikletdə olan naməlum şəxslər ona atəş açmağa başlayıblar və sonra naməlum istiqamətdə hadisə yerindən uzaqlaşıblar.
Xatırladırıq ki, Ər-Rəşid TV kanalı tamaşaçılara həm xəbər proqramları, həm də əyləncə şouları təqdim edən müstəqil bir kanaldır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB