Rusiyada “afrika taunu” xəstəliyi aşkarlanıb

Rusiyada “afrika taunu” xəstəliyi aşkarlanıb

Rusiyanın cənub-qərbində yerləşən Krasnodar vilayətinin Labinsk rayonunda fövqəladə vəziyyət elan olunub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, rejimin tətbiqinə donuzlar arasında "Afrika taunu" xəstəliyinin yayılması səbəb olub. Təhlükəli ərazidə 182 baş heyvanın olduğu bildirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində yaranmış vəziyyətlə əlaqədar ərazilərdə dezinfeksiya çəpərləri qoyulub, əhali arasında məlumatlandırma işləri aparılıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl şəxsi təsərrüfatların birində 2 baş donuz tələf olub. Buna, adı çəkilən "Afrika taunu" xəstəliyinin səbəb olduğu ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə