İranın ABŞ-ın İraqdakı hərbi bazasına hücumundan sonra ABŞ-ın 100-dən çox əsgəri "kontuziya" alıb. Amerika rəsmiləri keçən aydan bu günə beyin travmasından əziyyət çəkən əsgərlərin sayının 100-ü keçdiyi barədə xəbər yayıblar. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Pentaqon isə bu barədə açıqlama verməyib. Ancaq əvvəlki açıqlamasında "kontuziya" əlamətlərinin daha sonra meydana gələ biləcəyini və xəsarət alanların sayının arta biləcəyini açıqlayıb.
Xatırladaq ki, ABŞ hərbi qüvvələri tərəfindən yanvar ayının əvvəlində İraqın paytaxtı Bağdadda İran İnqilab Keşikçiləri Qvardiyasının "Qüds" Briqadasının komandanı Qasım Süleymani öldürülüb. İran da öz növbəsində İraqdakı Amerika bazasına raket zərbələri endirib. Ancaq hücumda ABŞ əsgərinin öldüyü açıqlanmayıb.
Pentaqonun məlumatına görə, 2000-ci ildən bəri beyin travması alan Amerika əsgərlərinin sayı 408 minə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB