Banqladeş sahillərində rohinca qaçqınlarını daşıyan gəmi batıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadiə nəticəsində azı 15 nəfər ölüb.
Məlumata əsasən, Malayziyaya gedən gəmi Benqal körfəzindəki Müqəddəs Martin adası yaxınlığında qəzaya uğrayıb. Gəmidə 100-dən çox insanın olduğu ehtimal edilir. Onlardan 65-i xilas edilib, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.
"Dhaka Tribune" qəzeti ölənlərin sayının artacağının ehtimal edildiyini yazır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB