Şimali İrlandiyada keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb

Şimali İrlandiyada keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb

Şimali İrlandiyada keçirilən parlament seçkilərində Şinn Feyn partiyası daha çox səs toplayıb.

SİA xəbər verir ki, səslərin 96 faizinin sayıldığı seçkilərdə Şinn Feyn 24,5, müxalifət partiyası Fianna Fayl 22,2, Baş Nazir Leo Varadkarın rəhbəri olduğu Fine Qel partiyası isə 20,9 faiz səs toplayıb.

Şinn Feyn partiyasının rəhbəri Meri Lou Makdonald əsas məqsədlərinin mənzil problemlərinin, xəstəxanalardakı gözləmə siyahısının və artan kirayələrin qarşısını almaq olduğunu açıqlayıb.

Qeyd edək ki, İrlandiya siyasi tarixində mühüm yer tutan Şinn Feyn partiyası 1905-ci ildə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə