4000 qazax Qırğızıstandan geri qayıdıb

4000 qazax Qırğızıstandan geri qayıdıb

Qazaxıstanın Korday bölgəsində baş verən hadisələr nəticəsində Qırğızıstana gedən 4000 qazax son 24 saat ərzində vətənə qayıdıb. SİA xəbər verir ki, sərhəddə sadələşdirilmiş rejim fəaliyyət göstərir.

Xatırladaq ki, fevralın 7-də Qazaxıstanın cənubu, Jambıl vilayətinin Korday kəndində kütləvi dava düşüb. İğtişaşlar nəticəsində 10 nəfər həlak olub. Kütləvi dava nəticəsində xeyli adam qonşu ölkəyə qaçıb. Fevralın 8-9-da Qırğızıstan xəstəxanalarına 34 qazaxıstanlı müraciət edib.

Korday regionunda hakimiyyət fövqəladə vəziyyət elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə