Supermarketdə atışma: 3 yaralı ABŞ-da

Supermarketdə atışma: 3 yaralı ABŞ-da

ABŞ-ın Arkanzas ştatındakı “Walmart” supermarketlər şəbəkəsində baş verən atışma zamanı azı 3 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə polisdəki mənbələrə istinadən “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə ştatın şərqindəki Forrest-Siti şəhərində baş verib.

“WMC” telekanalının yerli filialının məlumatına görə, silahlı şəxs məhv edilib. Həmçinin yaralılardan ikisinin polis olduğu deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə