Ukraynanın Lvov vilayətində 66 yaşlı qadın qrip virusu infeksiyasından ölüb

Ukraynanın Lvov vilayətində 66 yaşlı qadın qrip və kəskin respirator virus infeksiyasından ölüb. SİA Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verilib.

Məlumata görə, A (H1N1) virusuna yoluxan qadın xəstəliyin üçüncü günü ağır halda xəstəxanaya müraciət edib. Həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Bununla da ilin əvvəlindən Ukraynada qripdən ölənlərin ümumi sayı 15 nəfərə çatıb. Qripə yoluxanların 70 faizindən çoxu uşaqdır. Ona görə də yanvarın sonlarından başlayaraq Ukraynanın əksər orta məktəblərində karantin elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə