Şərqi Afrikada təxminən 3 aydır yayılan çöl çəyirtkələri Keniya, Somali və Efiopiyadan sonra Tanzaniyaya çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Şərqi Afrikada hər gün 150 kilometr məsafəni qət edən çəyirtkələr, bölgədəki məhsullara ciddi zərər verir ki, bu da yerli insanlar arasında çaxnaşmaya səbəb olub.
Nəhəng bir sürü yaradan çəyirtkələr üçün hökumət tədbir planları həyata keçirsə də, bu hələ ki bir nəticə verməyib.
Qeyd edək ki, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı səhra çəyirtkələrinin öhdəsindən gəlmək üçün 70 milyon dollarlıq yardım paketinin lazım olduğunu açıqlayıb. Ərazidə olan 40-80 milyon çəyirtkə cəmi bir gündə 35 min insan üçün kifayət edəcək qidanı yeyə bilirlər.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB