Türkiyədə zəlzələ olub

Türkiyənin Manisa əyalətində 3,6 bal gücündə zəlzələ olub. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, insident yerli saatla 20:45 radələrində baş verib. Yeraltı təkanların episentri Qırxağac rayonunda, ocağı isə 1,4 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə