Koronavirusdan ölənlərin sayı 908-ə yüksəlib

Koronavirusdan ölənlərin sayı 908-ə yüksəlib

Çində koronavirusdan ölənlərin sayı 908 nəfərə yüksəlib, 40.1 mindən çox insan virusa yoluxub, 3281 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ÇXR-in səhiyyə məsələləri üzrə dövlət komitəsi məlumat yayıb.

Bir gün əvvəl, 37.1 mindən çox insanın xəstəliyə yoluxduğu, 811 nəfərin öldüyü xəbər verilirdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə