Böyük Britaniyada koronavirusa yoluxanların sayı 4 nəfərə çatıb

Böyük Britaniyada koronavirusa yoluxanların sayı 4 nəfərə çatıb

Böyük Britaniyada koronavirusa yoluxanların sayı 4 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İngiltərənin baş həkimi, professor Kris Uitti bildirib.

“Daha bir xəstədə koronavirus aşkarlandı. Böyük Britaniyada yoluxanların ümumi sayı 4 nəfərdir. Son yoluxma Fransada yoluxmuş xəstədən keçib”, - o deyib. Sözügedən xəstənin hazırda Londondakı xəstəxanada müalicə aldığı da qeyd edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə