Belçikada "Ciara" fırtınası səbəbindən bir çox şirkət uçuşlarını təxirə salıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Brüssel Hava Limanı səlahiyyətlilərinin verdiyi açıqlamaya görə, saatda təxminən 110 kilometr sürətlə əsən külək səbəbindən hava limanında yaranan nasazlıqlar nəticəsində "British Airways", "Lufthansa" və "KLM" də daxil olmaqla, 60 reysinin uçuşu təxirə salınıb.
Qeyd edək ki, sərnişinlərin uçuşları barədə məlumatlar veb saytında veriləcək.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB