Rusiyanın Hələbə hücumu nəticəsində 2 nəfər ölüb,10 nəfər yaralanıb

Rusiyanın Hələbə hücumu nəticəsində 2 nəfər ölüb,10 nəfər yaralanıb

Rusiya qırıcıları Hələbin Kefer Nuran, Kefer Naha və Cemyiet Rehhal yaşayış məntəqələrinə hücum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mülki Müdafiə mənbələrindən əldə edilən məlumata görə, Rusiya Hələbin Kefer Nuran kəndinə etdiyi hava hücumlarında 2 mülki şəxs həyatını itirib, 10 mülki şəxs yaralanıb.

Qeyd edək ki, Mülki Müdafiə qrupları hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirirlər.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə