Zəlzələ, qar uçqunu baş verən ölkəni indi də sel basdı VİDEO

Zəlzələ, qar uçqunu baş verən ölkəni indi də sel basdı VİDEO

Türkiyənin Mersin və Adanada bölgələrində təxminən 3 gündür yağan leysan yağışlar selə və sürüşməyə səbəb olub.

SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, daşqın o qədər güclü olub ki, hətta 5 tonluq bir konteyneri də metrələrə uzağa sürüyüb. Mersin Çamlıyayla bölgəsinə təsir edən güclü yağış səbəbindən yollarda göl yaranıb, evləri su basıb, bəziləri vətənşlar isə yerindən didərgin düşüb.

Qeyd edək ki, leysan yağışlar Adanada güclü torpaq sürüşməsinə səbəb olub. Belə ki, Kayadibi məhəlləsini mərkəzlə birləşdirən magistral yol çöküb və bir ev tamamilə dağılıb.

Həmçinin elektrik naqillərinin və içməli su borularının yararsız hala düşməsi səbəbindən kəndin elektrik enerjisi və suyu kəsilib, yollar bağlanıb.


5 tonluk konteyner sürüklendi, evleri su

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə