Qəddafi üsyançıların atəşkəs təklifini rədd edib

Qəddafi üsyançıların atəşkəs təklifini rədd edib

Müəmmar Qəddafi üsyançıların atəşkəs təklifini rədd edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Qəddafinin köməkçisi Mussa İbrahim deyib. O, qeyd edib ki, üsyançılar sülh yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürürlər.

 

Qeyd edək ki, Liviya müxalifətçilərinin başçısı Mustafa Əbdel Cəlil bəzi şərtləri yerinə yetirməsi təqdirində müxalifətin atəşkəs elan etməyə hazır olduğunu bildirib. O, qeyd edib ki, hökumət qoşunları ölkənin qərbindəki şəhərləri tərk etsələr və əcnəbi muzdlular ölkədən çıxsalar, atəşkəs mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə