Çində yeni növ koronavirusun virusundan ölənlərin sayı 803 nəfərə çatıb

Çində yeni növ koronavirusun virusundan ölənlərin sayı 803 nəfərə çatıb

Çində yeni növ koronavirusun səbəb olduğu pnevmoniya nəticəsində ölənlərin sayı 803 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda 27,1 min insan bu virusun daşıyıcısına çevrilib, 1439 nəfər isə sağalaraq xəstəxananı tərk edib.

Son sutka ərzində Uhan şəhərində 1379 yoluxma halı qeydə alınıb, ümumilikdə əyalətdə isə bu rəqəm 2147 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə