Çinin Uhan şəhərində ortaya çıxan və dünyaya yayılan yeni növ koronavirus epidemiyası səbəbiylə həyatını itirənlərin sayı 723-ə çatıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Kronavirus SARS-dan daha sürətli yayılır. Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya görə, ölkə daxilində təsirini artıran 2019-nCoV epidemiyası səbəbiylə həyatını itirənlərin sayı 723 nəfərə yüksəlib. Virusdan əziyyət çəkənlərin sayı 34 min 546 nəfərə, vəziyyəti ağır olan xəstələr isə 6 min 101 nəfərdir.
Digər tərəfdən, virus infeksiyasından şübhələnənlərin sayı 27 min 657 nəfər, koronavirus daşıyan insanlarla əlaqə qurduqları səbəbiylə müşahidə altına alınanların sayı 189 min 660 nəfərə çatıb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB