5.5 bal gücündə zəlzələ olub

İndoneziya sahillərində 5.5 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumatına görə, İndoneziyanın şərqində baş verən zəlzələ 5.5 bal gücündə olub.

Zəlzələ Bakı vaxtı ilə 10.36 radələrində qeydə alınıb. Zəlzələnin episentri Seram adasındakı Amahai kəndindən 123 kilometr şimal-şərqdə yerləşir. Ocaq isə 10 kilometr dərinlikdədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə