Avstraliyanın Kvinslend əyalətindəki İnqham şəhərində minlərlə yarasa peyda olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, səs-küylü və çirkli məməlilərdən ibarət böyük bir koloniya insanların sakit yaşamasına, yatmasına mane olur.
Bildirilir ki, son bir neçə ay ərzində şəhərdə yarasaların sayı kəskin şəkildə artıb. 300 mindən çox heyvan ağaclarda məskən salıb ki, bu da insanları qıcıqlandırır və qorxudur. Yerlilər heyvanların qoxusundan, kirindən və səs-küyündən şikayətlənirlər.
İndi yarasalar qanunla qorunur və buna görə onları məhv etməyə başlaya bilmirlər. Yarasalar koloniyası məktəbdən cəmi 100 metr məsafədə məskunlaşıblar və valideynlər uçan siçanların mümkün hücumu səbəbindən uşaqlarının məktəbə getməsinə də icazə vermirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB