"Qalın palıd" Kim Kardaşyan sosial medianın hədəfində

"Qalın palıd" Kim Kardaşyan sosial medianın hədəfində

“Kim Kardaşyan gödək və qalın bir palıda oxşayır”, fikirləri internet şəbəkəsində yer alıb. SİA xəbər verir ki, 39 yaşlı porno ulduzun şəkilləri Mail Online-da yayımlanıb və o son görüntüləri ilə internet şəbəkəsində, sosial mediada lağ hədəfinə çevrilib.

Sosial media istifadəçiləri, Kim Kardaşyanın həyat yoldaşı, reper Kanye West və Burberrynin yaradıcı direktoru Rikkardo Tişi ilə nahara gedərkən çəkilən şəkillərini tənqid atəşinə tutublar. İstifadəçilər porno ulduzu bu geyimində gödək və qalın bir palıd ağacına bənzədiblər.

Sosial şəbəkələrin bəzi istifadəçiləri 39 yaşlı Kardaşyanın geyimini "təəccüblü" adlandırıblar. Digərləri Londonun hava şəraiti üçün heç də uyğun olmayan paltar seçimi etdiyinə görə qınayıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə