Yerdən qəfil çıxan 15 metrlik fəvvarə

Yerdən qəfil çıxan 15 metrlik fəvvarə

Yaponiyanın Tokio yaxınlığında olan Yokohama liman şəhərindəki yaşayış məntəqəsində yerdən 15 metrdən çox yüksəkliyə qəflətən su fəvvarəsi qalxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisənin görüntüləri şənbə günü Yaponiya İctimai Televiziyasında yayımlanıb.

YouTube-da yerləşdirilən videoda suyun yerdən necə partlayaraq çıxması, ətrafa axması və hər tərəfi suya qərq etməsi görünür. Hadisə baş verən yerin yaxınlığında bahalı idman avtomobilləri olan açıq avtomobil salonu fəaliyyət göstərir.

Hadisə nəticəsində itki və ya zərərçəkən barədə məlumat verilməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə