Rusiyalı deputata məxsus helikopter qəzaya uğrayıb

Rusiyalı deputata məxsus helikopter qəzaya uğrayıb

Rusiyanın Tatarıstan Respublikasında helikopter qəzaya uğrayıb. AZƏRTAC xəbər verir ki, Tatarıstanın Laişevo şəhəri yaxınlığında qəzaya uğrayan helikopterin Dövlət Dumasının “Yedinaya Rossiya” Partiyasından olan deputatı Ayrat Xayrullinə məxsus olduğu bildirilir.

Qeyd edilir ki, qəzaya uğrayan helikopterdə A.Xayrullin, onun köməkçisi və pilot olub. Helikopterin meşəyə düşməsi səbəbindən xilasedicilər hadisə yerinə gedə bilmirlər. Havadan helikopterdəkilərdən birinin sağ olduğunu görünür, onun kimliyi hələ müəyyən edilməyib. Dövlət Dumasının deputatı Ayrat Xayrullin Rusiyanın ən zəngin şəxslərindən biridir. 2019-cu ildə “Forbes” jurnalı onun varidatını 158,88 milyon rubl məbləğində qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə