Yunanıstan Milli Səhiyyə Təşkilatı (EODY) son bir həftə ərzində ölkədə qrip epidemiyasından ölənlərin sayının 17-dən 38-ə yüksəldiyini və bu artımın ikiqat çox olduğunu açıqlayıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə Təşkilatı mütəxəssisləri söyləyib ki, qripə səbəb olan virusunlar müxtəlifdir, buna görə də edilən peyvəndlər kifayət qədər təsirli deyil.
Həmçinin ölkədə iki növ H1N1 və H3N2 qrip virusunun daha təsirli olduğunu bildirən səhiyyə mütəxəssisi əsasən, 0-14 yaş arası uşaqlarda və 60 yaşdan yuxarı olan insanlarda daha çox rast gəldiyini qeyd edib.
Səhiyyə Təşkilatı xəstəliyin mart ayının sonuna qədər davam edəcəyinə dair xəbərdarlıq edərək, vətəndaşları peyvənd etməyə və fərdi tədbir görmələrinə dair çağırış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB