Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Koronavirusun yayılması tempi aşağı düşdüyünü xəbər verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ÜST direktoru koronavirusun əvvəlkinə nisbətən daha aşağı tempdə yayıldığını bildirib.
ÜST son iki gündə Çində yeni koronavirusun sayının azaldığı, sayının arta biləcəyi barədə məlumatı böyük ehtiyat kimi qiymətləndirir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhan Qebreyesus cümə günü Cenevrədə 2019- nCov virusuna həsr olunan xüsusi sessiyada deyib.
Xatırladırıq ki, 31 dekabr 2019-cu il tarixində Çin hakimiyyəti Hubei əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyi barədə ÜST-yə məlumat verib. Mütəxəssislər xəstəliyin törədici maddəsini - koronavirus 2019-nCoV olduğunu müəyyənləşdiriblər. Xəstəlik 31,1 mindən çox insana yoluxub, onlardan 636 nəfər ölüb. Ümumdünya Səhiyyə Təşkilatı baş vermiş hadisəni beynəlxalq narahatlığın təcili vəziyyəti kimi tanıyıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB