Koronavirus epidemiyasına yoluxma bu heyvandan olduğu iddia edilir

Koronavirus epidemiyasına yoluxma bu heyvandan olduğu iddia edilir

Çinli tədqiqatçılar koronavirus epidemiyasının daşıyıcısının əti qanunsuz satılan panqolin adlı bu heyvanda ola biləcəyini açıqlayıblar. SİA Reuters-ə istinadən xəbər verir ki, Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin açıqlamasında alimlər bildiriblər ki, bu son kəşf virusdan qorunmaq, yayılmasının qarşısını almaq və mənbəyini tapmaq üçün çox əhəmiyyətlidir.

Qeyd edək ki, nəsli tükənmə təhlükəsi ilə üz-üzə olan panqolin adlı bu heyvanın 100 mindən çoxunun qanunsuz olaraq ov edildiyi bildirilir.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə