Rusiyanın balıqçı gəmisi Estoniya sahillərində batıb. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə Estoniya Polisi və Sərhəd Mühafizə İdarəsinin mətbuat xidmətinin məlumat yayıb.
Məlumata görə, Estoniya Polisi və Sərhəd Mühafizə İdarəsi yeddi ekipaj üzvünü xilas edə bilib. Həyəcan siqnalı gəmidən cümə axşamı yerli vaxtla 23: 40-da Yuminda yarımadasından 15 km şimalda gəlib. Gəminin sükan idarəetməsi sıradan çıxdığı və iki hissənin su ilə dolduğu bildirilib. Nəticədə gəmidə bir müddətdən sonra elektrik enerjisi təminatı itirilib.
Estoniya Dəniz Mühafizə Mərkəzi Finlandiya ilə birlikdə xilasetmə əməliyyatı keçirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB