Növbəti təyyarə qəzası

Pakistanda təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə cümə günü, 7 fevral tarixində, ARY kanalı məlumat yayıb.
Məlumata görə, Pakistanda ölkənin şimal-şərqində yerləşən Pəncab əyalətində təlim uçuşu zamanı ölkənin Hərbi Hava Qüvvələrinin Mirage döyüş təlimçisi qəzaya uğrayıb.

Pilot uğurla katapult etməyi bacarıb. Hal hazırda onun həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələrinin qərargahı hadisənin səbəblərini araşdırmağa başlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə