Misirdə bir mikroavtobus və bir yük maşınının qəzası 13 nəfərin həyatını itirməsi ilə nəticələnib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhər Səhiyyə İdarəsi rəhbərinin müavini İhab Hənəfi məlumat yayıb.
Qəza Asuan-Qahirə magistral yolunda baş verib. Qəzaya səbəb hərəkət iştirakçılarının sürətli hərəkəti və qarşıdakı zolağa çıxması olub.
Səhiyyə İdarəsi rəhbərinin müavini qəza zamanı eyni zamanda, 7 nəfərin yaralandığını da söyləyib. Qeyd edib ki, zərərçəkənlər xəstəxanaya yerləşdirilib, indi polis qəzanın bütün səbəblərini araşdırır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB